REGİONLAR


FHN Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının Vətən müharibəsi zamanı cəbhəboyu ərazilərdə fəaliyyəti yüksək qiymətləndirilib VİDEO

Füzuli, 27 yanvar, AZƏRTAC

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbənin qazanılmasında digər qurumlar kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) əməkdaşları da xüsusi fəallıqları ilə seçiliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, döyüşlər zamanı cəbhəboyu ərazilərdə və azad olunmuş rayonlarda xidmət aparan qəhrəman yanğınsöndürənlər onlarla yanğının qarşısını alıb, insanların həyatını xilas ediblər. Vətən müharibəsi zamanı böyük qəhrəmanlıq göstərərək xidməti vəzifələrini layiqincə yerinə yetirən yanğınsöndürənlərin fəaliyyətini qiymətləndirmək məqsədilə FHN işçilərinin həmkarlar ittifaqı DYMX-nin əməkdaşları ilə görüşlər keçirir.

Belə görüşlərdən biri də Füzuli rayonunda FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılovun və FHN DYMX Füzuli rayon dövlət yanğından mühafizə hissəsinin əməkdaşlarının iştirakı ilə təşkil olunub.

Görüşdə çıxış edən Mehman İsmayılov 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfərin xalq-ordu birliyinin təzahürü olduğunu bildirib. O, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində hər kəsin üzərinə düşən vəzifəni yerinə yetirmək üçün səfərbər olduğunu və nəticədə düşmən tapdağı altındakı torpaqlarımızın şəhidlərimizin qanı bahasına azad edildiyini vurğulayıb.

Həmçinin döyüşlər zamanı FHN dövlət yanğından mühafizə hissələrinin gücləndirilmiş iş rejimində xidmət apardığı bildirilib. Cəbhə xəttində yerləşən Füzuli rayonunun kəndlərinin düşmən tərəfindən mütəmadi olaraq ağır artilleriyadan atəşə məruz qaldığı bir vaxtda yanğınsöndürənlərin qorxmadan, çəkinmədən, operativ şəkildə öz xidməti vəzifələrini layiqincə və peşəkarlıqla yerinə yetirmələri xüsusi qeyd olunub. Nəticədə baş verən yanğınları söndürərkən həyatlarını təhlükəyə atan yanğınsöndürənlərin bu şərəfli vəzifənin öhdəsindən layiqincə gəldikləri birmənalı şəkildə vurğulanıb.

M.İsmayılov diqqətə çatdırıb ki, həmkarlar ittifaqı tərəfindən mütəmadi olaraq əməkdaşların problemlərinin həlli, onların iş şəraitinin düzgün qurulması istiqamətində lazımi addımlar atılır. Bu görüşlərin məqsədi isə Vətən müharibəsində xidməti ilə seçilən yanğınsöndürənlərin qəhrəmanlığını qiymətləndirməkdir. Bu kimi görüşlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.

Görüşdə Füzuli rayon dövlət yanğından mühafizə hissəsinin şəxsi heyəti FHN işçilərinin həmkarlar ittifaqı tərəfindən fəxri fərmanlar və hədiyyələrlə mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.