CƏMİYYƏT


FHN Gəncə “ASAN xidmət” mərkəzində mülki müdafiə məşqi keçirib

Bakı, 24 iyun, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi Gəncə “ASAN xidmət” mərkəzində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda rəhbər heyət üçün nümunəvi mülki müdafiə məşqi keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, məşqə müəssisənin rəhbərliyi, şəhər Fövqəladə Hallar Komissiyasının üzvləri və mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti cəlb edilib.

Məşqin keçirilməsində məqsəd baş verə biləcək fövqəladə hadisələr zamanı rəhbər, komandir-rəis heyətinin və işçilərin funksional vəzifələri yerinə yetirmələri üzrə nəzəri bilik və praktiki vərdişlərinin təkmilləşdirilməsi olub.

Məşqin sonunda mülki müdafiə qüvvələrinin komandir-rəis heyətinin xəritə üzrə dinləmələri keçirilərək təhlillər aparılıb, nöqsan və çatışmazlıqlar müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.