CƏMİYYƏT


FHN Gəncədə yanacaqdoldurma məntəqəsində baş verən partlayışla bağlı məlumat yayıb

Bakı, 13 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncədə yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış hadisəsi ilə bağlı məlumat yayıb.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Gəncə şəhərinin Kəpəz rayonunda “LUKOIL” yanacaqdoldurma məntəqəsinin ərazisində tutumu 50 ton olan yeraltı yanacaq çəninin içərisində 7,2 ton yanacaq (benzin) yanıb. Yaxınlıqdakı 50 tonluq bir və 25 tonluq üç yanacaq (benzin və dizel) çəni yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, iyulun 13-də Gəncə şəhərinin Kəpəz rayonunun Müseyib Bağırov küçəsində yerləşən “LUKOIL” yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış hadisəsi baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində qısa zamanda yanğının yayılmasının qarşısı alınıb, alov saat 12:25-də söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.