CƏMİYYƏT


FHN Göygöl rayonunda baş vermiş qəza ilə bağlı məlumat yayıb

Bakı, 6 oktyabr, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Göygöl rayonunda “Shacman” markalı yük avtomobili iki nəfərin üzərinə aşıb.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, hadisə yerinə cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yük avtomobilinin altında sıxılmış vəziyyətdə qalmış 1967-ci il təvəllüdlü Verdiyev Niyazi Mircəfər oğlunun və 1966-cı il təvəllüdlü İmanov Elman Saleh oğlunun cəsədlərini nəqliyyat vasitəsinin altından çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.