CƏMİYYƏT


FHN: İntihar məqsədilə özünü dənizə atan şəxs xilas edilib VİDEO

Bakı, 12 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Qaradağ rayonu ərazisində, ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 300 metr məsafədə bir nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat verilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal hadisə yerinə cəlb olunan nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin çevik müdaxiləsi nəticəsində vətəndaş xilas edilib. Həmin şəxs aidiyyəti üzrə təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.