CƏMİYYƏT


FHN Nərimanov və Binəqədi rayonlarında baş verən yanğınlarla bağlı məlumat yayıb

Bakı, 19 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) iyunun 19-da Bakının Nərimanov rayonunda tikinti materialları mağazasında və Binəqədi rayonunda restoranda baş verən yanğınlarla bağlı yeni məlumat yayıb.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Nərimanov rayonunda ümumi sahəsi 1100 kvadratmetr olan ikimərtəbəli müxtəlif təyinatlı tikinti materialları mağazalarının dam örtüyünün konstruksiyaları (içərisində olan tikinti materialları ilə birlikdə) və 720 kvadratmetr sahədə açıq əraziyə yığılmış tikinti materialları yanıb. Yaxınlıqdakı mağazalar yanğından mühafizə olunub.

Binəqədi rayonunda isə ümumi sahəsi 700 kvadratmetr olan obyektin ikinci mərtəbəsində fəaliyyət göstərən taxta konstruksiyalardan ibarət “Nanəli” restoranının (sahəsi 350 kvadratmetr) konstruksiyaları və içərisindəki əşyalar 198 kvadratmetr sahədə yanıb. Obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki obyektdə baş verən alov yanğın bölmələri tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.