CƏMİYYƏT


FHN Nərimanovda anbarda baş verən yanğınla bağlı məlumat yayıb

Bakı, 6 avqust, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyi (FHN) Nərimanov rayonu ərazisində yerləşən anbarda baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, məlumatda Nərimanov rayonunda ümumi sahəsi 9 min kvadratmetr olan, müxtəlif təyinatlı anbar kimi istifadə edilən tikilidə baş verən yanğın nəticəsində dam örtüyünün və obyektin içərisindəki müxtəlif növ malların yandığı qeyd edilib. Anbarın və malların qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.