CƏMİYYƏT


FHN: Novruz bayramında tonqal yandıran zaman avtomobil şinlərindən istifadə yanğın təhlükəsi yaradır

Bakı, 12 mart, AZƏRTAC 

Novruz bayramında tonqal yandıran zaman avtomobil şinlərindən istifadə etmək olmaz. Bu, ətraf mühitə ciddi ziyan vurmaqla yanaşı, yanğın təhlükəsi də yaradır.

AZƏRTAC xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev deyib.

E.Babayev bildirib ki, Novruz bayramı günlərində mümkün yanğın hadisələrinin qarşısını almaq üçün vətəndaşlar təhlükəsizlik qaydalarına riayət etməlidirlər. Tövsiyə olunur ki, vətəndaşlarımız tonqal yandıran zaman avtomobil şinlərindən yox, odun materiallardan istifadə etsinlər. Onun söndürülməsi də asandır. Tonqal qalanmazdan əvvəl vətəndaşlarımız tərəfindən qabaqlayıcı tədbirlər görülməlidir. Yaxşı olar ki, orada yanğınsöndürmə balonu saxlanılsın. Əgər balon yoxdursa ən azından bir vedrə suyu hazır vəziyyətdə saxlamaq lazımdır.

Açıq oddan istifadənin təhlükəli olduğunu deyən şöbə rəisi qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi qaydada bu sahədə maarifləndirmə tədbirləri həyata keçirilir. Yanğın hadisələrinin baş verməməsi üçün addımlar atılır. Qeyd etmək lazımdır ki, bayram ərəfəsində yanğın hadisələrinin sayı adi günlərə nisbətən artır. Lakin tərəfimizdən atılmış addımlar nəticəsində bunun qarşısı alınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.