CƏMİYYƏT


FHN: Ölkənin şimal-qərb bölgəsindəki meşə yanğınları ilə mübarizə tədbirləri davam etdirilir VİDEO

Bakı, 3 sentyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən hazırda ölkənin şimal-qərb bölgəsindəki meşə yanğınları ilə mübarizə tədbirləri davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Zaqatala rayonunun Yuxarı Tala kəndi istiqamətindəki yanğının yayılmasının qarşısı alınıb, hazırda tüstü mənbələrinin söndürülməsi üzrə tədbirlər davam etdirilir.

Qəbələ rayonunun Tikanlı kəndi və Oğuz rayonunun Baş Daşağıl kəndi istiqamətində baş vermiş yanğınların genişlənməsinin qarşısının alınması və söndürülməsi tədbirləri görülür.

Bundan əlavə, İsmayıllı rayonunun Bəhliyan kəndi yaxınlığında baş vermiş yanğının yayılmasının qarşısı alınıb və hazırda yanğının söndürülməsi əməliyyatı davam edir.

Yanğınlarla mübarizə əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzi və Aviasiya dəstəsinin ümumilikdə 430 nəfərə yaxın şəxsi heyəti və 21 ədəd texnikası, o cümlədən 3 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli kənd sakinləri iştirak edirlər.

Qeyd edək ki, bütün göstərilən yanğınlar mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə baş verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.