CƏMİYYƏT
FHN: Ötən sutka 28 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Bakı, 6 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 24 halda yanğına çıxış və 4 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən üç nəfər xilas olunub. Həmçinin Sumqayıt şəhərinin Corat qəsəbəsində 1959-cu il təvəllüdlü Məhərrəmov Məhərrəm Cahangir oğlunun cəsədi bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.