CƏMİYYƏT


FHN: Ötən sutka 31 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib

Bakı, 7 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 26 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən üç nəfər xilas olunub. Həmçinin Gəncə şəhərində 1950-ci il təvəllüdlü Cəfərova Bəsti İslam qızının və Bakı şəhərinin Nərimanov rayonunda 1986-cı il təvəllüdlü Əliyev Şamil Azad oğlunun cəsədləri bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.