FHN: Ötən sutka 36 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib
AzerTAg.az
Bakı, 25 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka 34 halda yanğına çıxış, 1 halda köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib. Ötən sutka FHN-in qüvvələri tərəfindən dörd nəfər, o cümlədən paytaxtın Səbail rayonunda intihar məqsədilə özünü dənizə atmış bir nəfər xilas edilib. Həmçinin yanğın yerinin kəşfiyyatı zamanı 1968-ci il təvəllüdlü Cəfərov İlham Bayram oğlunun meyiti aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Xəbərin mətnində orfoqrafik səhv var