CƏMİYYƏT


FHN: Ötən sutka ərzində 21 halda yanğına çıxış olub

FHN: Ötən sutka ərzində 21 halda yanğına çıxış olub

Bakı, 22 may, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 21 halda yanğına çıxış və 7 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində biri azyaşlı olmaqla altı nəfər xilas edilib, yanğın zamanı beşi azyaşlı olmaqla 17 sakin təhlükəsiz əraziyə təxliyə olunub. Həmçinin paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində vətəndaşa məxsus fərdi yaşayış evinin həyətindəki köməkçi tikilidə dərinliyi iki metr olan su anbarına düşmüş bir azyaşlının cəsədi çıxarılaraq təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.