FHN: Ötən sutka ərzində 25 halda yanğına çıxış olub
AzerTAg.az

Bakı, 18 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 25 halda yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində ikisi azyaşlı olmaqla dörd nəfər xilas edilib, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində dərinliyi təxminən 45-50 metr olan quyudan iki uşağın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xəbərin mətnində orfoqrafik səhv var