CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 41 halda yanğına çıxış əməliyyatları həyata keçirilib VİDEO
Bakı, 9 iyun, AZƏRTAC
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 41 halda yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas edilməsi təmin olunub. Ümumilikdə, ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 6 nəfər, o cümlədən Şəmkir rayonunun Sərxan kəndində torpaq uçqunu altında qalmış Məmmədov Rövşən Məzahir oğlu xilas edilib. Həmçinin Cəlilabad rayonunda İncəçay su anbarına düşərək batmış 3 nəfərin meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.