CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 43 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib VİDEO
Bakı, 16 may, AZƏRTAC
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 43 halda yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində biri azyaşlı olmaqla iki nəfər xilas olunub, həmçinin Gəncə şəhərinin Kəpəz rayonunda beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində daş parçasının asılı vəziyyətdə qalması ilə əlaqədar ərazidə xilasedicilər tərəfindən müvafiq təhlükəsizlik tədbirləri görülüb və daş parçası götürülərək təhlükə aradan qaldırılıb.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.