CƏMİYYƏT


FHN: Ötən sutka ərzində 71 yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib VİDEO

Bakı, 14 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən AZƏRTAC-a bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında qurumun aidiyyəti orqanları tərəfindən ötən sutka ərzində 71 yanğına çıxış və 10 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 11 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib, dənizdə nəzarətsiz ərazidə batmış bir nəfərin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.