CƏMİYYƏT


FHN: Ötən sutka ərzində 78 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib

Bakı, 18 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 78 halda yanğına çıxış, 4 halda köməksiz vəziyyətdə qalma, 3 intihara cəhd və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 11 nəfər, o cümlədən intihara cəhd edən 3 nəfər və Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində “ГАЗ” markalı yük avtomobilinin dərəyə aşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan bir nəfər xilas edilib. Yanğınlar zamanı iyirmi nəfər təhlükəsiz əraziyə təxliyə olunub, bir nəfər yanıq xəsarəti alıb. Həmçinin paytaxtın Nizami rayonunda bir nəfərin cəsədi bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.