CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 7 nəfər xilas edilib

Bakı, 6 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 38 halda yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və bir nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı ikisi azyaşlı olmaqla 7 nəfər xilas olunub, bağlı qapı arxasında aşkarlanan bir nəfərin cəsədi aidiyyəti üzrə təhvil verilib. Həmçinin Ağsu rayonunda “КамАЗ” markalı yük avtomobilinin idarəetməni itirərək yol kənarına aşması nəticəsində deformasiyaya uğrayan nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalan bir nəfərin meyiti çıxarılıb.