CƏMİYYƏT
FHN: Ötən sutka ərzində 84 yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Bakı, 30 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 84 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində dördü azyaşlı olmaqla yeddi nəfər xilas olunub. Həmçinin yanğınlar zamanı 10 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [22:11]
Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib
- 28.03.2024 [18:53]
Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək
- 28.03.2024 [18:35]
BAMF-ın daxilində Müstəqil Həmkarlar İttifaqı yaradılıb
- 28.03.2024 [18:28]
Canını Vətənə fəda edənlər – Elçin Şükürov
- 28.03.2024 [18:25]