CƏMİYYƏT
FHN: Ötən sutka ərzində biri azyaşlı olmaqla dörd nəfər xilas edilib
Bakı, 28 iyul, AZƏRTAC
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 94 halda yanğına çıxış, 1 nəqliyyat qəzası və köməksiz vəziyyətdə qalma faktı üzrə 3 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində biri azyaşlı olmaqla dörd nəfər xilas edilib. Yanğınlar zamanı 21 nəfər təxliyə olunub.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.