CƏMİYYƏT


FHN: Paytaxtda və bölgələrdə intensiv yağışların fəsadları aradan qaldırılır

Bakı, 17 noyabr, AZƏRTAC

Son günlər respublika ərazisində yağan intensiv yağışlar nəticəsində bəzi ərazilərin su ilə dolması insanların, habelə avtomobillərin hərəkətində müəyyən çətinliklər yaradıb. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş müraciətlər əsasında nazirliyin müvafiq qüvvələri su dolmuş ərazilərdən suyun kənarlaşdırılması işlərinə cəlb olunub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq qüvvələri Bakı şəhərinin Nəsimi, Yasamal, Xətai, Binəqədi, Sabunçu, Suraxanı, Nizami və Qaradağ rayonlarında yağış sularının dolduğu bəzi ərazilərdən suyun çəkilib kənarlaşdırılması işlərini, həmçinin ərazini tərk etməkdə çətinlik çəkən şəxslərin təxliyəsini həyata keçiriblər. Bundan başqa, Xaçmaz rayonunda da analoji işlərə FHN Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.

Hazırda bəzi ərazilərdə işlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.