CƏMİYYƏT
FHN Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb
Bakı, 12 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi (FHN) paytaxtın Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Qaradağ rayonunda “VAZ” markalı minik avtomobili və “KamAZ” markalı yük avtomobili toqquşub.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü, 1967-ci il təvəllüdlü Rahid İmadəddin oğlu Şahmuradovun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.