CƏMİYYƏT
FHN: Qaz xəttindəki yanğının söndürülməsi davam edir, yaşayış məntəqələri üçün təhlükə yoxdur [YENİLƏNİB] VİDEO
Bakı, 27 dekabr, AZƏRTAC
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının söndürülməsi işləri davam edir, yaşayış məntəqələri üçün təhlükə yoxdur.
Qeyd edək ki, dekabrın 27-də səhər saatlarında Bakının Qaradağ rayonunda diametri 1000-1200 millimetr olan iki qaz xəttində yanğınla nəticələnən partlayış baş verməsi barədə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
10:40
Bakıda qaz kəmərində partlayış olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə Bakı-Ələt yolunun 43-cü kilometrliyində qaz xəttində baş verib. Partlayışdan sonra qaz xəttində yanğın başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.