FHN: Qeyri-iş günləri ərzində 373 halda yanğına çıxış olub VİDEO
AzerTAg.az

Bakı, 27 mart, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 373 halda yanğına çıxış və 30 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi və insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 17-si azyaşlı olmaqla 40 nəfər xilas edilib, üç nəfər xəsarət alıb, yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib. Həmçinin, qəza-xilasetmə əməliyyatları zamanı iki nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Xəbərin mətnində orfoqrafik səhv var