CƏMİYYƏT


FHN “Quba Palace Hotel”də baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb

Bakı, 9 iyul, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyi (FHN) Quba rayonundakı “Quba Palace Hotel”də baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, kütləvi informasiya vasitələrində Quba rayonunda “Quba Palace Hotel”də kanat yolunun qırılması nəticəsində kanatda olanların ölməsi və xəsarət alması barədə xəbərlər yayılıb.

İlkin araşdırmalar zamanı müəyyən edilib ki, Rusiya Federasiyasının “SCADA” şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu iyunun 20-dən istifadədə olmayıb. Hadisə həmin ərazidə təmir işləri aparılan zaman baş verib. Nəticədə təmir işlərinə cəlb edilmiş bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

Hadisə ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırmalar aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.