CƏMİYYƏT
FHN: Quba rayonunun Yerfi kəndində fərdi evdə yanğın baş verib
Bakı, 15 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Quba rayonunun Yerfi kəndində Dövlət Yanğından Mühafizə Hissəsindən 62 kilometr məsafədə, mürəkkəb relyefli yolların keçdiyi ərazidəki evdə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb edilib.
Yanğın nəticəsində biri-birinə bitişik, iki ikimərtəbəli (ümumi sahələri 200 kvadratmetr və 336 kvadratmetr) fərdi yaşayış evinin yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.
Yaxınlıqdakı digər evlər və tikililər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]