CƏMİYYƏT


FHN Sabunçu qəsəbəsində yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb

Bakı, 9 avqust, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyi (FHN) avqustun 9-da Sabunçu qəsəbəsində yataqxana binasında baş verən yanğınla bağlı məlumat yayıb.

AZƏRTAC FHN-in saytına istinadla xəbər verir ki, çoxmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsində baş verən hadisə nəticəsində ümumi sahəsi 30 kvadratmetr olan mənzil 25 kvadratmetr sahədə yanıb. Yanğın zamanı altı sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.