FHN “Şirvan OCL” şirkətinin mərkəzi çənlər parkında yanğın-taktiki təlim keçirib
AzerTAg.az
Bakı, 1 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti 2 saylı çağırışla “Şirvan OCL” şirkətinin mərkəzi çənlər parkında yanğınların söndürülməsi mövzusunda yanğın-taktiki təlim keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin keçirilməsində əsas məqsəd neft məhsulu saxlanılan çəndə yanğın baş verdikdə əraziyə cəlb olunan yanğından mühafizə bölmələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi və belə obyektlərdə mümkün yanğınların söndürülməsi üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlimə Şirvan Şəhər Dövlət Yanğından Mühafizə Dəstəsinin yanğından mühafizə hissə və bölmələri cəlb olunub.
Təlim zamanı neft məhsulu saxlanılan çəndə baş vermiş şərti yanğın qısa müddətdə “söndürülüb”.
Sonda uğurla icra olunan təlimdən sonra yanğından mühafizə bölmələrinin “yanğının söndürülməsi” zamanı fəaliyyəti müzakirə olunub, müvafiq tapşırıqlar verilib.


Xəbərin mətnində orfoqrafik səhv var