CƏMİYYƏT


FHN Sumqayıt şəhəri və Qaradağ rayonu üzrə işə qəbulla əlaqədar müsabiqə elan edir

Bakı, 16 may, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt şəhəri və Qaradağ rayonu üzrə sıravi və kiçik rəis heyətinə, gizir və müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, müsabiqədə həqiqi hərbi xidmət keçmiş, iyunun 30-dək 30 yaşı tamam olmamış, boyu 170 santimetr və yuxarı olan, tam orta və ya orta-ixtisas təhsilli, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Mayın 18-də saat 10:00-dan 17:00-dək Sumqayıt şəhəri, FHN-in Sumqayıt Regional Mərkəzinin inzibati binasında (ünvan: Sumqayıt şəhəri, Sülh küçəsi, 9) keçiriləcək müsabiqəyə qeyd olunan tələblərə cavab verən Sumqayıt şəhər sakinləri və həmin şəhərdə məskunlaşmış məcburi köçkünlər dəvət edilirlər.

Mayın 18-də saat 10:00-dan 17:00-dək FHN-in Qaradağ rayonu Dövlət Yanğından Mühafizə Hissəsinin 14 nömrəli Yanğından Mühafizə bölməsinin (ünvan: Qaradağ rayonu, Sahil qəsəbəsi, Məhərrəm Seyidov küçəsi) inzibati binasında keçiriləcək müsabiqəyə həmin tələblərə cavab verən Lökbatan, Puta, Korgöz, Qızıldaş, AZNS, Şonqar, Sahil, Ümid, Səngəçal, Çeyildağ, Qobustan, Daşgil, Ələt, Müşfiqabad və Qobu qəsəbələrinin sakinləri və həmin qəsəbələrdə məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.

Müsabiqədə iştirak üçün müraciət edən vətəndaşlar tərcümeyi-hal, şəxsiyyət vəsiqəsi, təhsil haqqında sənəd (attestat və s.), hərbi bilet, sağlamlıq haqqında arayış (Forma № 086), vərəm əleyhinə, dəri-zöhrəvi, ruhi əsəb xəstəlikləri və narkoloji dispanserlərdən arayış təqdim etməlidirlər.

Vətəndaşlar fiziki hazırlıq üzrə yoxlamada iştirak etmək üçün uyğun geyimdə (idman ayaqqabısı və s.) olmalıdırlar.

Əlavə məlumat üçün (012) 512-05-92 telefon nömrəsi vasitəsilə əlaqə saxlamaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.