CƏMİYYƏT


FHN: Sumqayıtda avtomobil parkında partlayış baş verib, dörd nəfər xəsarət alıb

Bakı, 28 iyul, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində avtomobil parkının ərazisində partlayış baş verib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, nəticədə parkın ərazisində bir yük və bir minik avtomobilində yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Sumqayıt Regional Mərkəzinin xilasetmə dəstələri hadisə yerinə cəlb olunub.

İlkin məlumata görə, hadisə nəticəsində yanıq xəsarətləri almış 4 nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.