CƏMİYYƏT


FHN Suraxanı rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb VİDEO

Bakı, 13 fevral, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) fevralın 13-nə keçən gecə paytaxtın Suraxanı rayonu ərazisində baş vermiş yanğınla bağlı məlumat yayıb.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 13-də gecə saatlarında Yeni Suraxanı qəsəbəsi, Vahid Xəlilov küçəsi 26 ünvanında yanğın baş verməsi barədə nazirliyin 112 - qaynar telefon xəttinə məlumat daxil olan kimi dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb edilib. Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin səyi nəticəsində yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb və alov qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 100 kvadratmetr olan bir dam altında (ev və ət satışı mağazası) tikilən birmərtəbəli dördotaqlı evin iki otağı və əşyaları 23, dam örtüyü isə 63 kvadratmetr sahədə yanıb. Evin, ət satışı mağazasının qalan hissəsi, bitişik tikililər və yaxınlıqda yerləşən mobil rabitə operatorunun ötürücü qülləsi yanğından mühafizə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.