CƏMİYYƏT


FHN: Sutka ərzində 2-si azyaşlı olmaqla 15 nəfər xilas edilib VİDEO

Bakı, 8 dekabr, AZƏRTAC

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 20 halda yanğına çıxış, 11 halda köməksiz vəziyyətdə qalma və 1 yol-nəqliyyat hadisəsi ilə bağlı qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub.

Sutka ərzində FHN-in qüvvələri tərəfindən 2-si azyaşlı olmaqla 15 nəfər, o cümlədən Şəmkir rayonunda 4 minik avtomobilinin toqquşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış 1 nəfər xilas edilib. Həmçinin paytaxtın Sabunçu rayonunda 1955-ci il təvəllüdlü İsmayılova Gülizar Sadiq qızının meyiti mənzildə bağlı qapı arxasında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.