CƏMİYYƏT


FHN: Ucarda palçıq kütləsinin altında qalan iki nəfər xilas edilib

Bakı, 9 aprel, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ucar rayonunda yeraltı su xətlərində təmir işləri aparılan zaman yaranan uçqun nəticəsində iki nəfərin palçıq kütləsinin altında qalması barədə məlumat daxil olub.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Görülən tədbirlər nəticəsində iki nəfər xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.