CƏMİYYƏT


FHN: Xətai rayonunda insan həyatı üçün təhlükəli olan top mərmisi tapılıb

Bakı, 7 mart, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin 112 – qaynar xəttinə Bakının Xətai rayonunda sursatın aşkarlanması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri əraziyə cəlb olunub.

XRXX-nın mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər. Aşkarlanan sursata baxış zamanı onun döyüş tətbiqinə yararsız, lakin insan həyatı üçün təhlükəli olan top mərmisi olduğu müəyyənləşib. Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərminin tapıldığı əraziyə yerüstü baxış zamanı heç bir şübhəli əşya aşkar edilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.