FHN: Xilasedicilər Ağcabədidə su arxına yıxılan şəxsə kömək göstərərək onu oradan çıxarıblar
AzerTAg.az
Bakı, 12 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Ağcabədi rayonunda bir nəfərin su arxına yıxılaraq köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1990-cı il təvəllüdlü Rəhimov Əziz Rüstəm oğlunun ayağına su arxında dəmir parçası bataraq köməksiz vəziyyətdə qalıb.
Yanğınsöndürən-xilasedicilər müvafiq vasitələrdən istifadə etməklə zərərçəkmişə lazımi kömək göstərərək su arxından çıxarıb, təcili tibbi yardım briqadasına təhvil veriblər.

Xəbərin mətnində orfoqrafik səhv var