CƏMİYYƏT
FHN: Xırdalanda partlayış baş verən evdə axtarış-xilasetmə əməliyyatı davam etdirilir
Bakı, 26 yanvar, AZƏRTAC
Abşeron rayonunun Xırdalan şəhərindəki 27-ci məhəllə adlanan ərazidə partlayış nəticəsində uçqunun baş verdiyi ikimərtəbəli fərdi evdə Fövqəladə Hallar Nazirliyinin (FHN) qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin xilasedicilərinin operativ müdaxiləsi və peşəkar fəaliyyəti nəticəsində dağıntılar altından 6 nəfər xilas edilib, 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Ümumilikdə əməliyyata nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətindən 228 nəfər, 19 texnika və xüsusi təlim keçmiş 4 it, Dövlət Yanğından Mühafizə Xidmətindən 20 nəfər və 3 texnika cəlb olunub.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]