CƏMİYYƏT


FHN: “Yanğın təhlükəsizliyi ayı”nın ilk 10 günündə 13 min 185 nəfər maarifləndirilib

Bakı, 14 fevral, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilən “Yanğın təhlükəsizliyi ayı”nın ilk 10 günündə ərazi və regional Dövlət Yanğın Nəzarəti idarələrinin şəxsi heyəti tərəfindən 241 təbliğat xarakterli tədbir keçirilərək 13 min 185 nəfər yanğın təhlükəsizliyi sahəsində maarifləndirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, 10 ünvanda yolun hərəkət hissəsinin bağlanmasına səbəb olan maneələr demontaj edilib, 16 ünvanda yanğına qarşı su təchizatı mənbəyinin nasaz olması aşkarlanıb. Yaşayış kompleksləri yerləşən 10 müxtəlif ünvanda “şərti yanğın” həyəcan siqnalı verilərək əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın texnikaları cəlb olunub, mövcud əməliyyat şəraiti qiymətləndirilib.

Aşkarlanmış yanğına qarşı çatışmazlıqların aradan qaldırılması məqsədilə müvafiq icra strukturlarına məktublar ünvanlanıb.

Bu istiqamətdəki tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.