CƏMİYYƏT


FHN: Yanğından mühafizə hissə və bölmələrində baxış tədbirləri həyata keçirilib

Bakı, 1 avqust, AZƏRTAC

Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin əməkdaşları tərəfindən Fövqəladə Hallar Nazirliyinin (FHN) təsdiq olunmuş əmrinə uyğun olaraq, “Mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyi və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində Fövqəladə Hallar Nazirliyinin hazırlığı üzrə Təşkilati-metodiki göstərişlər”in icrasının təmin edilməsi məqsədilə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki, Qobustan, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı şəhər və rayonlarının yanğından mühafizə hissə və bölmələrində baxış tədbirləri həyata keçirilib.

FHN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, baxış zamanı hissə və bölmələrdə fəaliyyətin müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun təşkili, şəxsi heyətin döyüş və peşə hazırlığının vəziyyəti, nizam-intizamı, sıra hazırlığı, geyim formasının düzgün daşınması, xidmətin təşkili, fiziki hazırlıq üzrə normativlərin yerinə yetirilməsi, zabit heyətinin peşə hazırlığı üzrə bilik səviyyələrinin artırılması, mövcud texnika və avadanlıqların hazır vəziyyətdə saxlanılması, növbətçilik sisteminin qurulması, günün nizam qaydalarının tələblərinə riayət olunması, tibbi təminat və mənəvi-psixoloji vəziyyət, xilasetmə işinin təşkili və fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və axtarış-xilasetmə işlərinin yerinə yetirilməsi, texniki təhlükəsizlik qaydalarına riayət olunması və bu kimi digər sahələr diqqət mərkəzində olub.

Baxış zamanı zərurət yarandığı hallarda əməli kömək göstərilib, həmçinin aşkarlanmış nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair müvafiq tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.