CƏMİYYƏT


FHN: Yanğının söndürülməsinə 120 canlı qüvvə və 18 texnika cəlb edilib

Bakı, 26 iyun, AZƏRTAC

Xətai rayonu, Zığ şosesi yaxınlığında baş vermiş yanğın nəticəsində təqribən 6 hektar ərazidə quru ot, kol-kos, ətrafa dağılmış tikinti materialları (istifadəyə yararsız), bəzi həyətyanı sahələr yanıb, 2 fərdi yaşayış evinə qismən zərər dəyib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülki Müdafiə qoşunlarının 120 canlı qüvvəsi və 18 texnikası cəlb edilib.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.