CƏMİYYƏT


FHN: Yasamal rayonunda açıq sahədə baş vermiş yanğın söndürülüb

Bakı, 7 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakının Yasamal rayonunda açıq sahədə yanğının baş verməsi barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb olunub. İlkin məlumata görə, təxminən iki hektar sahədə quru ot və məişət tullantıları yanıb.

Alov Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.