CƏMİYYƏT


FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Bakı, 17 mart, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bununla bağlı imzaladığı əmrə əsasən, Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, bayram şənliklərinin təşkil olunduğu və insanların kütləvi toplaşdığı məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.