CƏMİYYƏT


FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib

Bakı, 27 oktyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, müraciətdə havaların soyuması ilə əlaqədar əhalinin təbii qaza tələbatının artması fonunda qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarının pozulmasının dəm qazı təhlükəsi yaratdığı qeyd olunub. Bildirilib ki, ölümlə nəticələnə bilən bu təhlükə ilə üzləşməmək üçün qaz cihazı saz və standartlara uyğun olmalı, cihazın olduğu məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı, havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı, hamam otağında havalandırma borusu, qapının aşağısında dəliklər olmalı, tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.

“Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir. Ondan zəhərlənmənin əlamətləri başağrısı, başgicəllənməsi, ürəkbulanması, halsızlıqdır. Dəm qazından zəhərlənmiş insanı təmiz havaya çıxarıb, nəfəs almasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır. Unutmayın: qaydalara biganəlik həyatımıza təhlükədir. Təhlükə zamanı 112-yə zəng edin!”, - deyə FHN-in müraciətində bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.