CƏMİYYƏT


FHN: dənizdə çimərkən batmış iki nəfərin cəsədi aşkarlanıb

Bakı, 6 iyul, AZƏRTAC 

Bakının Sabunçu rayonunda dənizdə ən yaxın xilasetmə məntəqəsindən təxminən 1-1,5 kilometr aralıda nəzarətsiz ərazidə çimərkən batdığı bildirilən üç nəfərin axtarışları ilə əlaqədar aparılan əməliyyat nəticəsində təxminən 20-25 yaşlarında iki naməlum kişi cəsədi aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, cəsədlər sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Onların şəxsiyyətləri dəqiqləşdirilir.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən axtarış tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.