CƏMİYYƏT


FHN əməkdaşları arasında keçirilən beşnövçülük üzrə respublika çempionatına yekun vurulub

Bakı, 12 iyul, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun və FHN işçilərinin həmkarlar ittifaqının birgə təşkilatçılığı ilə Qəbələdə nazirliyin əməkdaşları arasında keçirilən beşnövçülük üzrə respublika çempionatına iyulun 12-də yekun vurulub.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, yarışda nazirliyin müxtəlif qurumlarını təmsil edən 18 komandanın heyətində 100-ə yaxın əməkdaş iştirak edib.

İyulun 8-də start verilən yarışda idmançılar maneələr zolağı, turnikdə güc çalışmaları, atıcılıq, xilasetmə üzgüçülüyü və dağa dırmanma mərhələləri üzrə bacarıqlarını nümayiş etdiriblər.

Komanda hesabında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidmətinin təmsilçiləri müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.

Şəxsi hesabda isə Mülkü Müdafiə Qoşunlarının əməkdaşı Müntəzir Əsgərov, FHN Akademiyasının əməkdaşı Elmir Əhədov, Tikintidə Təhlükəsizliyə Nəzarət və Dövlət Agentliyinin əməkdaşı Məmməd Cəfərzadə ilk üçlükdə yer alıblar.

Mükafatlandırma mərasimində çıxış edən FHN işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov və FHN-in İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev idmançıları təbrik ediblər. Çıxışlarda ölkəmizdə hər il keçirilən və böyük marağa səbəb olan bu yarışın əhəmiyyətindən danışılıb, idmanın inkişafına göstərilən dövlət qayğısından bəhs olunub.

Sonda qaliblərə diplom, kubok, medallar və qiymətli hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.