CƏMİYYƏT


FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Bakı, 26 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müraciətdə Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyulun 27-dən başlayaraq 29-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırıldığı bir daha əhalinin diqqətinə çatdırılıb.

Gözlənilən hava şəraiti ilə əlaqədar nazirlik əhaliyə müraciət edərək, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli olmağı və müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edib.

“Xüsusilə, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.

Həmçinin, güclü külək zamanı, xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”, - deyə müraciətdə bildirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.