CƏMİYYƏT


FHN güclü küləyin paytaxtda törətdiyi fəsadlar barədə məlumat yayıb

Bakı, 5 avqust, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyi (FHN) güclü küləyin paytaxtda törətdiyi fəsadlar barədə məlumat yayıb.

AZƏRTAC FHN-in saytına istinadla xəbər verir ki, nazirliyin 112 - qaynar telefon xəttinə daxil olan məlumata əsasən, əsən güclü külək nəticəsində Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının dam örtüyündə dəmir konstruksiya asılı vəziyyətdə qalaraq bina sakinlərinin və yaxınlıqdan keçən vətəndaşların həyatı üçün təhlükə yaradıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri ərazidə təhlükəsizlik tədbirləri həyata keçiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.