CƏMİYYƏT
FHN-in 112 – qaynar telefon xəttinə 95 minə yaxın zəng daxil olub
Bakı, 16 dekabr, AZƏRTAC
Bu ilin 11 ayı ərzində müxtəlif qəza və köməksiz vəziyyətdə olan insanların xilas edilməsi, yanğından mühafizə, su hövzələrində xilasetmə və digər məsələlərlə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə ümumilikdə 95 minə yaxın zəng daxil olub.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Fövqəladə Hallar Nazirliyi ölkə əhalisinin həyat fəaliyyətinin, ərazilərin, dövlət əmlakının və fərdi mülkiyyətin təhlükəsizliyinin təmin olunması sahəsində fəaliyyətini uğurla davam etdirir. Cari il ərzində Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı ilə nazirliyin maddi-texniki bazasının möhkəmləndirilməsi, kadrların peşəkar hazırlıq səviyyəsinin artırılması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində uğurlu fəaliyyətin davam etdirilməsinə şərait yaradıb.