CƏMİYYƏT


FHN-in 112 - qaynar telefon xəttinə psixoloji yardımla bağlı 1250-dən çox zəng olub

Bakı, 11 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC

Ölkəmizdə mövcud karantin rejimində psixoloji problemlər yaşayan vətəndaşlarımıza dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – “qaynar telefon xətti” vasitəsilə cari il aprelin 8-dən etibarən təcili psixoloji yardımın göstərilməsi işi davam etdirilir.

FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirib ki, 24 saat fasiləsiz fəaliyyət göstərən telefon xəttində nazirliyin xüsusi hazırlıqlı psixoloqları vətəndaşlarımıza xidmət göstərirlər. Fəaliyyət göstərdiyi gündən indiyədək psixoloji yardımla bağlı “qaynar xətt”ə 1250-dən çox müraciət daxil olub. Müraciətlər əsasən, COVID-19 infeksiyasına yoluxma qorxusu yaşayan, yaşlı valideynlərinə görə narahatçılıq, gərginlik və təşviş hissi keçirən insanlardan daxil olub. Müraciət edənlər arasında iş həyatına alışan və hazırda gündəlik rejimini düzgün, səmərəli bölüşdürməkdə çətinlik çəkən insanlar da az deyil.

Psixoloji yardımın təşkilində məqsəd çətin vəziyyətdə olan insanları psixoloji problemləri ilə tək qoymamaq, həmin şəxslərə mənəvi dəstək göstərmək, karantin rejiminə uyğunlaşmalarına kömək etməkdən ibarətdir.

Zəng edən şəxslər göstərilən yardıma görə təşəkkürlərini bildirirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.