CƏMİYYƏT


FHN-in Akademiyasında 27 sentyabr - Anım Günü qeyd olunub

Bakı, 27 sentyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında 27 sentyabr – Anım Günü ilə əlaqədar mərasim keçirilib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Akademiyanın rəhbərliyi, professor-müəllim heyəti və kursantlar iştirak edib.

Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb və saat 12:00-da 44 günlük Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində çıxış edən akademiyanın rəisi general-mayor Baba Salayev qeyd edib ki, haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən 44 günlük müharibədə Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə xalqımız misilsiz əzm və iradə nümayiş etdirdi və bir yumruq kimi birləşərək böyük Zəfər əldə etdi.

B.Salayev bu tarixi uğura görə qəhrəman şəhidlərimizə, qazilərimizə və Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevə borclu olduğumuzu söyləyib. Qəhrəman şəhidlərimizin qanı bahasına başa gəlmiş bu Qələbə ilə Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut edib.

Xalqımız mübariz oğul və qızlarının şücaətini hər zaman yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini əziz tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.